QHT liderləri vətəndaş cəmiyyətindəki durumu “ən ağır” adlandırdılar

Ölkənin bir sıra QHT-ləri ölkədə vətəndaş cəmiyyətinin mövcud durumu və son həbslərlə bağlı cümə günü Beynəlxalq Mətbuat Mərkəzində (BMM) mətbuat konfransı keçiriblər.

Tədbirdə vətəndaş cəmiyyəti institutlarının durumunun son 4-5 ildə pisləşməyə doğrru getdiyi deyilib. Keçən il bu sahədə  qanunuvericilikdəki dəyişkliklərdən sonra kəskin halda pisləşib. Vətəndaş cəmiyyətinin tanınmış simalarının son həbslərinin, bank hesablarına həbs qoyulmasının cəmiyyətdə ciddi narahatlıq yaratdığı vurğulanıb. “Bu simalara qarşı ittihamlar saxtadır, həbsləri qanunsuzdur və biz həbssədn azad ediləkimi onların hüuqularını müdafiə edəcəyik”- vətəndaş cəmiyyəti təsmilçisi Qubad İbadoğlu bildirib.

Hökumətyönlü mətbuatın vətəndaş cəmiyyətini aşağlyan yazılara yol verməsi kəskin tənqid olunub. Bu yazılar yalan, böhtan, iftira sayılıb. Belə yazılara yol verən qəzet və saytlar vətəndaş cəmiyyətini gözdən salmaqda ittihan olunublar. Ölkənin demokratik cəmiyyət qurulması istiqaməti götürdüyünü elan edən, amma demokratik prinsiplərə əməl etməyən iqtidara vətəndaş cəmiyyəti institutlarının demokratik cəmiyyətin əsas tərkibi olduğu xatırladılıb.

Vətəndaş cəmiyyəti institutları daxilində təfriqələr olmasına diqqət çəkilib. Bu  durum III sektorun problemlərinin həllində ən böyük maneə hesab olunub. Bu təfriqələri aradan qaldırmağın yeganə yolunun vətəndaş cəmiyyətinin həmrəyliyindən keçdiyi vurğulanıb.

Vətəndaş cəmiyyətinin problemlərinin dialoqdan keçdiyi qeyd olunaraq hökumətlə dialoq təklifi səsləndirilib. Siyasi məhbus məsələsinin həllilə bağlı İşçi Qrupu yaradılması məsələsi bəyənilib. Qrupun formalaşmasında vətəndaş cəmiyyəti institutları təmsilçilərinin iştirakı zəruri sayılıb. Cəmiyyətdə ictimai-siyasi və mənəvi ab-havanın sağlamlaşdırılması üçün dialoqa kəskin ehtiyac yaranması bir daha qeyd edilib.

Xarici donorlardan alınan qrantlara rəsmilərin vətəndaş cəmiyyətləri isntitutlarını “müəmmalı işlərdə, satqınlıq və xəyanətdə” ittihamına da münasibət ifadə edilib. Beyənlxalq donorlardan qrant alınmasının ilbəil azaldığı qeyd edilib. Keçən il qrantların cəmi 35%-nin beyənlxalq donorların payına düşdüyü  bildirilib. Xaricdən gələn qrantların 90%-nin rəsmi qurumlara və hökumətyönlü QHT-lərə verildiyi deyilib. Hazırda ölkənin müxtəlif nazirliklərinin belə 51 qrant reallaşdırdığı vurğulanıb. Bu qrantların Avropa Birliyi, Almaniya, Koreya, Yaponiya və s. dövlətlərdən alındığı deyilib. “Necə olur ki, eyni mənbələrdən qrant alan rəsmi qurumların və hökumətyönlü ictimai bilriklərin  fəaliyyətində hansısa “gizli sövdələşmə” axtarılmır, amma cəmi 10% təşkil edən müsətiql vətəndaş cəmiyyəti institutları sırasında belə sövdələşmə axtarılır?”- Q.İbadoğlu bu ayrıseçkiliyə münasibət ifadə edib.

QHT sektorunun mahiyyətinin sivil cəmiyyət formalaşdırmaq, rəsmi qurumların fəaliyyətinə nəzarət etmək olduğu vurğulanıb. Demokratik cəmiyyət qurmağı elan edən rəsmi Bakıdan vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinə alışmasının lazımlığı səslənib. Ölkədə vətəndaş cmiyyəti isntitutları və iqtidarın münasibətlərinin normal olmadığı deyilib. Vətəndaş cəmiyyəti institutları təmsilçilərinin son həbsləri iddia edildiyi kimi qanunları pozmağa görə yox, peşə fəaliyyətlərilə bağlı olduğu vurğulanıb. Hakimiyyətin QHT sektorunda “casus” axtarması biabırçılıq adlandırılıb. “Bu həbsləri başa düşmürük, dünya bunu başa düşə bilmir və III sektorda indiki heç vaxt belə ağır durum olmayıb”- hüquq müdafiəçisi Arzu Abdulla bildirib.

Vətəndaş cəmiyyəti sahəsində bu durumun davam etməsinin yolverilməz olduğu nəzərə çatdırılıb. “Bu durumu dialoqla dəyişmək olar, odur ki, vətəndaş cəmiyyəti və hakimiyyət arasında dialoq təxirəsalınmazdır”-A.Abdulla qeyd edib.

Siyasi məhbus məsələsi üzrə İşçi Qrupun təkişli məsələsinə də münasibət bildirilib. Qeyd edilib ki, hökumət qrupa görmək istədiyi şəxsləri daxil etməməlidir. Bu tərkib hakimiyyət, vətəndaş cəmiyyəti, Avropa Şurası təmsilçilərinin üçtərəfli müzakirələrinin nəticəsi olaraq formalaşmalıdır.

Eyni zamanda QHT təmsilçiləri vətəndaş cəmiyyəti problemlərinin həlli üçün müzakirələr keçirməyi vacib saydıqlarını da söyləyiblər.

370 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

QHT liderləri vətəndaş cəmiyyətindəki durumu “ən ağır” adlandırdılar

16 Ağustos 2014

By
@
backtotop